Menu

Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedəcəyik? - AÇIQLAMA

22.05.2026, 14:21
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedəcəyik? - AÇIQLAMA

"Bakı-Tbilisi-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır".

Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır:

"Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir".

Xatırladaq ki, mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başlayır. Marşrut üzrə sərnişin daşıması 81 manatdan başlayır.

Şərhlər

Gəncəli 2026-05-22 15:14:16

Bəs bu qatarla Gəncəyə,Qazaxa neçəyə gedə biləcəyik? Niyə bu açıqlanmır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol