Menu

Qurban Qurbanov Elvinin transferindən danışdı - "Razılıq vermişik...” + VİDEO

22.05.2026, 22:11
Qurban Qurbanov Elvinin transferindən danışdı - "Razılıq vermişik...” + VİDEO

“Elvin Cəfərquliyev transferə çıxarılıb. Razılıq vermişik ki, başqa komandalarla danışıq aparsın”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

“Yəni bütün təkliflərə açıqdır. Danışıq aparıb keçidi alınmazsa, ondan sonra əsas komandada, yoxsa əvəzedicidə qalacağına qərar verəcəyik. Ramil Şeydayevə gəldikdə isə, onunla sabah danışacağıq və qərarımızı verəcəyik. Zakaria Savo transferi isə, bəli, onunla danışıqlar müsbət yöndə gedib. Transferin alınmaq ehtimalı böyükdür”, - Qurbanov bildirib. (“Qafqazinfo”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol