Menu

ABŞ Polşaya 3 “F-35” verdi - VİDEO

23.05.2026, 16:53
ABŞ Polşaya 3 “F-35” verdi - VİDEO

ABŞ-nin Polşaya silah tədarükündə önəmli hadisə baş verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ötən gün ABŞ-dən Polşaya üç ədəd beşinci nəsil “F-35” qırıcı təyyarəsi gəlib. Qırıcı təyyarələr Lodz yaxınlığındakı Laskdakı 32-ci Taktiki Hava Bazasına eniş edib.

Bu, Polşaya verilən ilk belə təyyarələrdir. Varşava Amerika şirkəti “Lockheed Martin”-dən cəmi 32 ədəd “F-35” sifariş edib. Çatdırılmaların 2029-cu ilə qədər tamamlanması planlaşdırılır.

Polşa Müdafiə naziri Vladislav Kosiniak-Kamış təyyarənin gəlişindən sonra hərbi bazada deyib ki, "Bu, bütün Polşa Silahlı Qüvvələrinin əməliyyat imkanlarını həqiqətən dəyişdirən əla bir andır".

O qeyd edib ki, bunlar NATO-nun şərq cinahında yerləşdirilən ilk beşinci nəsil qırıcılardır və bu, güclü transatlantik birliyi simvolizə edir.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol