Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu yol qəzasında vəfat edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.
Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.
***
Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu qəza yerindən görüntülər yayılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərin Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun həlak olduğu qəza ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, konsulumuz Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyəti zamanı idarə etdiyi avtomobillə qəzaya düşüb və nəticədə həlak olub.


Şərhlər
Niyə qəza haqqında geniş məlumat verilmir ? Maşının qabaq hissəsi demək olar ki, yoxdur, bu isə onu göstərir ki, avtomobil böyük bir maşınla toqquşub..