Xəbər verdiyimiz kimi, Pakistanın Bəlucistan əyalətində qatar partlayıb.
AF-in yüksək vəzifəli məmura istinadən yaydığı məlumata görə, qatarda hərbçilər və onların ailə üzvləri olub.
Mənbənin agentliyə verdiyi məlumata görə, hadisə nəticəsindəən azı 24 nəfər ölüb,50-dən çox insan xəsarət alıb.
Qatar Pakistanın şimal-qərbindəki Kvettadan Pişəvərə gedirmiş.
***
Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub və daha bir neçə nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press of Pakistan" məlumat yayıb.
Məlumata görə, hadisə Çaman Phatak bölgəsindən keçən dəmir yolu xəttində qeydə alınıb. Bildirilir ki, sərnişinlər Qurban bayramını qeyd etmək üçün doğma yurdlarına gedirdilər.
Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, partlayış nəticəsində dəmir yolu xətti boyu park edilmiş nəqliyyat vasitələri də zədələnib.
Hadisə yerinə polislər və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər