Müctəba Xamenei təhlükəsizlik səbəbilə gizli bir yerdə qalır.
"AzPolitika" xəbər verir ki, bu barədə "CBS" kanalının ABŞ kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, İranın yüksəkvəzifəli rəsmiləri belə fövqəladə təhlükəsizlik tədbirləri səbəbindən Xamenei ilə birbaşa əlaqə qura bilmir. Bildirilir ki, bu vəziyyət ABŞ və İran arasında aparılan danışıqlar prosesini yavaşladır.
Məlumata əsasən, Xameneiyə çatdırılan informasiyalar gecikdiyi üçün qərarvermə prosesi də ləngiyir. Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, danışıqlarda tez-tez “Ali lider çərçivəni təsdiqlədi” və ya “yekun razılaşma maddələri ilə bağlı cavab gözlənilir” kimi ifadələrin işlədilməsinin əsas səbəbi məhz budur.
Həmin mənbənin sözlərinə görə, Xameneiyə çatan məlumatlar köhnəlmiş olur və onun cavablarında ciddi gecikmələr yaşanır.
İddialarda həmçinin qeyd olunur ki, İran rəhbərliyinin yüksək komanda heyəti də həftələrlə sığınacaqlarda qalıb və aşkarlanma riskinə görə bir-biri ilə birbaşa əlaqədən çəkinib.
"AzPolitika.info"

Şərhlər