Xəbər vüediyimiz kimi, pandemiyadan sonra ilk dəfə Bakı–Tbilisi istiqamətində sərnişin qatarı fəaliyyətə başlayır.
İlk reys bu gün saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşəcək.
Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, reyslər İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.
Qatarın səhər saatlarında Tbilisiyə çatması nəzərdə tutulur.
İlk reysin sərnişinlərindən biri də elə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sabiq sədri Cavid Qurbanovdur.
“Gürcüstanla çox gözəl münasibətlərimiz var. Bu gün də iki ölkə arasında qatarlar hərəkətini bərpa edir. Bundan gözəl nə ola bilər?”, - deyə, Cavid Qurbanov deyib.
"Bakı-Tbilisi qatarının yolda salınması xalqımıza xeyirli olsun. Bu Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsidir", – deyə o əlavə edib.
C. Qurbanov Gürcüstanda 400 minə yaxın azərbaycanlının yaşadığını xatırladıb: "Bu sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq".
Cavid Qurbanov Azərbaycan və Gürcüstan dövlətləri arasında əldə olunmuş bu razılaşmanı sevinclə qarşıladığını bildirib, dünyanın ən gözəl qatarlarından birində səyahət etdiyi üçün xüsusilə Prezident İlham Əliyevə təşəkkür edib.













Şərhlər
Cavid naxşıvanlı deyi? O hara gedir?