Menu

BU QURUMDA KORRUPSİYA ARAŞDIRMASI BAŞLADI - Rəisi yeni işdən çıxarılmışdı

26.05.2026, 21:24
BU QURUMDA KORRUPSİYA ARAŞDIRMASI BAŞLADI - Rəisi yeni işdən çıxarılmışdı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki "Avtomobil Yollarının Mühafizə Xidməti"ndə korrupsiya halları ilə bağlı araşdırma başlayıb.

"AzPolitika" "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət vəzifə səlahiyyətlərini aşma və korrupsiya halları ilə bağlı ittihamlardan gedir.

Qanun pozuntusu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib. Müraciət əsasında qurumun bəzi vəzifəli şəxslərinin dindirildiyi bildirilir.

Faktla bağlı aparılan araşdırma çərçivəsində kimlərinsə təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmadığı hələlik məlum deyil.

Qeyd edək ki, yeni AAYDA sədri Vüsal Nəsirlinin Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, 20 il "Avtomobil Yollarının Mühafizə Xidməti"nin rəisi işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol