Menu

CAHANGİR ƏSGƏROV 20 MİLYONLUQ SƏHM ALDI - Payını 174 milyona çatdırdı

27.05.2026, 22:06
CAHANGİR ƏSGƏROV 20 MİLYONLUQ SƏHM ALDI - Payını 174 milyona çatdırdı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank" ASC-dəki payını 84,47 %-dən 86,25 %-ə çatdırıb.

"AzPolitika"nın məlumatına görə, "Report" bu barədə Banka istinadən xəbər verib.

Məlumata görə, bu, "Premium Bank"ın nizamnamə kapitalının 20 milyon manat və yaxud 12,9 % artırılaraq 154,6 milyon manatdan 174,6 milyon manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını C.Əsgərov əldə edib.

Son nəticədə digər səhmdarlar - "VIP Aviation Services" MMC-nin payı 15,22 %-dən 13,47 %-ə, Elvira Əhmədovanın payı isə 0,31 %-dən 0,28 %-ə düşüb.

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.

Şərhlər

Roma 2026-05-29 12:46:42

Mən, Cahangir bəyin şəxsiyyətinə pərəstiş edirəm, buna səbəb sosial şəbəkələrdə onun tvist oynayan vaxtı, onu telefonuna çəkənə orta barmağını göstərməsi səbəb olmuşdu...

Türk oğlu 2026-05-28 09:37:17

uzun illər jurnalistlər bilənə qədər AEROPORTDA Azərbaycan dilində danışmağa imkan verməyib rus dilini bilməyəni işə götürməyib.

Roma 2026-05-27 22:43:11

Yazırsınız ki, "Əsgərov "Premium Bank" ASC-dəki payını 84,47 %-dən 86,25 %-ə çatdırıb"...Lap yaxşı, tezliklə Cahangir bəyə bu faizi bir qədər də artırmağı və 100%-ə çatdırmağını arzulayıram...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol