Menu

Gəmilərə xəbərdarlıq edildi

28.05.2026, 20:09
Gəmilərə xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Qurumdan verilən məlumata görə, mayın 29-u axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi mayın 30-u gündüz saatlarına kimi davam edəcək: "Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m. sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol