NATO "Rusiyanın məsuliyyətsizliyini" pisləyir. “AzPolitika” xəbər verir ki, bunu Rumıniyaya düşən Rusiya PUA-sı ilə bağlı paylaşımında Alyansın sözçüsü Allison Hart bildirilib.
"Biz Rusiyanın ehtiyatsızlığını pisləyirik və NATO dronlar da daxil olmaqla bütün təhdidlərə qarşı müdafiəmizi gücləndirməyə davam edəcək", - o qeyd edib.
Rumıniya Xarici İşlər Nazirliyi də müvafiq bəyanat yayaraq hadisəni "Rusiya tərəfindən ciddi və məsuliyyətsiz eskalasiya" adlandırıb.
Nazirlik vurğulayıb ki, "Rumıniya beynəlxalq hüququn və hava məkanının bu ciddi pozulmasına cavab olaraq lazımi diplomatik tədbirlər görəcək. Rumıniya müttəfiqlərini və NATO-nun baş katibini vəziyyət barədə məlumatlandırıb və pilotsuz təyyarələrə qarşı avadanlıqların köçürülməsini sürətləndirmək üçün tədbirlər görülməsini istəyib".
Rumıniya bəyan edib ki, "Rusiya Federasiyası regional təhlükəsizlik və vətəndaşlarının təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb olan qanunsuz müharibə aparan təcavüzkar dövlət olaraq qalmaqdadır".
"Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa məsuliyyət daşıyır. Rumıniya təcili və hərtərəfli atəşkəs üçün Rusiya Federasiyasına beynəlxalq təzyiqi artırmaq üçün son dərəcə qətiyyətlə hərəkət edəcək", - bəyanatda deyilir.
“AzPolitika.info”

Şərhlər