Menu

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub - Yaralılar var

29.05.2026, 19:33
Qara dənizdə   Türkiyəyə məxsus gəmiyə hücum olub - Yaralılar var

Qara dənizdə Türkiyəyə məxsus yük gəmisi hücuma məruz qalıb.

"AzPolitika" xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin teleqram kanalında yayılan məlumata görə, Vanuatu bayrağı altında üzən “Ant” adlı yük gəmisi Odessa vilayətində yerləşən limanlardan birini tərk etdikdən sonra hədəf alınıb. Gəminin Türkiyə istiqamətində hərəkət etdiyi bildirilir.

Hücum nəticəsində gəmidə yanğın baş verib. Hadisə zamanı yaralanan iki ekipaj üzvü operativ şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.

Baş verən insidentin səbəbləri və hücumun hansı şəraitdə həyata keçirildiyi ilə bağlı araşdırmalar davam edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol