Menu

"Qarabağ" məşhur klublarla qarşılaşa bilər - ADLAR

30.05.2026, 14:27
"Qarabağ" məşhur klublarla qarşılaşa bilər - ADLAR

UEFA Avropa Liqasında mübarizə aparacaq “Qarabağ”ın ikinci təsnifat mərhələsinə yüksələcəyi halda rəqibləri bəlli olub.

Bu barədə "Football Meets Data" analitik saytı məlumat yayıb.

Avropa Liqasında II təsnifat mərhələsində səbətlərin tərkibi bəlli olub.

Bu barədə "Football Meets Data" analitik saytı məlumat yayıb.

Bildirilib ki, I təsnifat mərhələsinin səpələnməmişlər səbətindəki komandaları bu mərhələdə "Ferentsvaroş" və ya "Qarabağ" ilə üz-üzə gəlsələr, II təsnifat mərhələsində həmin komandalarla birlikdə səpələnmişlər səbətində yer alacaqlar.

I təsnifat mərhələsində digər bütün səpələnməmiş komandalar isə II təsnifat mərhələsində səpələnməmişlər siyahısında da qalacaqlar. Bu isə o deməkdir ki, "Qarabağ" mərhələ adlayacağı halda səpələnməmişlər səbətindən "Şerif", "Dinamo" (Kiyev), "Beşiktaş", "Tvente", "Hayduk" "Tromse", "Sankt Gallen", "ÇSKA" (Sofiya), "Hammarbi" klublarından biri ilə üz-üzə gələ bilər.//oxu.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol