Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında qrupu lider kimi başa vurub.

Komandamız Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.

F qrupunda yer alan millimiz Fransa ilə qarşılaşıb. Matç Azərbaycan milli komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.Birinci hissərə rəqib oyunçu avtoqol müəllifi olub. İkinci hissədə Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər.

Bu nəticədən sonra yığmamız Avropa çempionatında F qrupunu lider kimi başa vurub.

Qrupun digər oyununda Avstriya İtaliyanı beş cavabsız qolla üstələyib.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib.

Üç oyunu da qələbə ilə başa vuran Azərbaycan millisi xallarının sayını 9-a çatdırıb və qrup lideri olub. Komanda növbəti mərhələyə vəsiqəni ötən tur rəsmiləşdirib. Fransa 4 xalla ikinci, Avstriya 3 xalla üçüncü, İtaliya 1 xalla sonuncu yeri tutub.

"AzPolitika.info"