Futbol statistikası və analitika şirkəti "Opta" 2026-cı il FIFA Dünya Çempionatı ilə bağlı 10 min simulyasiya əsasında hazırladığı proqnozu açıqlayıb.
"AzPolitika" xəbər verir ki, hesablamalara əsasən, Türkiyə millisinin turnuvada çempion olmaq ehtimalı 0,9 faizdir.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı öncəsi aparılan təhlildə Türkiyə millisinin 1/4 finala yüksəlmək şansı 16,9 faiz, yarımfinala çıxmaq ehtimalı 7 faiz, finala yüksəlmək ehtimalı isə 2,6 faiz olaraq göstərilib.
"Opta"-nın superkompüter proqnozunda turnuvanın əsas favoriti İspaniya yığması hesab olunub. İspaniyanın dünya çempionu olmaq ehtimalı 16,1 faiz olaraq qiymətləndirilib. Siyahıda ikinci pillədə 13 faizlə Fransa, üçüncü yerdə isə 11,2 faizlə İngiltərə qərarlaşıb. Son dünya çempionu Argentina yığmasının kuboku yenidən qazanmaq şansı isə 10,4 faiz təşkil edir.
Türkiyə millisi çempionluq favoritləri sırasında 21-ci yerdə qərarlaşıb.
2026-cı il Dünya Kubokunda D qrupunda mübarizə aparacaq Türkiyə millisi qrup mərhələsində Amerika Birləşmiş Ştatları, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaq. Komanda turnuvadakı ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək.
Qeyd edək ki, 48 komandanın iştirak edəcəyi 2026-cı il FIFA Dünya Kuboku ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
"AzPolitika.info"

Şərhlər