Menu

AZƏRBAYCAN MİLLİSİ AVROPA ÇEMPİONATININ FİNALINDA

03.06.2026, 23:56
AZƏRBAYCAN MİLLİSİ AVROPA ÇEMPİONATININ  FİNALINDA

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.

"Tipos Arena"dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

Komandanın heyətində Xətai Bağırov fərqlənib.

Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.

Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol