"Mən dostcasına bir məsləhət vermək istəyirəm: onların (Rusiya tərəfinin) seçdiyi hərəkət üslubu Ermənistanda işləməyəcək və əks təsir göstərəcək. Onları keçmişdə etdikləri səhvləri təkrarlamamağa çağırıram".

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Faktor TV”-yə verdiyi müsahibədə deyib. O, Rusiyanın Ermənistana qarşı iqtisadi məhdudiyyətlərini şərh edərkən qeyd edib ki, Rusiya səhv yoldadır.

Simonyan həmçinin bildirib ki, Ermənistan vəziyyəti gərginləşdirmək istəmir, lakin sanksiyalar qalacağı təqdirdə öz iqtisadi problemlərini özü həll edəcək.

Qeyd edək ki, bundan öncə Vladimir Putindən Sergey Şoyquya, Sergey Lavrovdan Mariyz Zaxarovaya qədər Rusiya rəhbərliyində hər kəs Ermənistanı təhdid edərək, onu Avrasiya İqtisadi İttifaqından çıxarmaqla, təbii qazın qiymətini qaldırmaqla və s. hədələyib. Ardınca Ermənistandan idxal olunan demək olar bütün kənd təsərrüfatı məhsullarına və spirtli içkilərə, mineral sulara qadağa qoyulub. Nikol Paşinyan hokuməti isə həmin məhsulların artıq Avropa İttifaqı bazarında satışının təşkil olunduğunu bəyan edib.

“AzPolitika.info”