2026 Dünya Kuboku öncəsi CIES Futbol Rəsədxanası tərəfindən açıqlanan "Ən bahalı futbolçular” siyahısında diqqət çəkən nəticələr ortaya çıxıb.

"AzPolitika" "Qaynarinfo"ya istinadən xəbər verir ki, siyahıda birinci pilləsində "Barselona"nın və İspaniya millisinin gənc ulduzu Lamin Yamaldır. Onun dəyəri 358,1 milyon avro ilə liderdir. "Mançester Siti"dən norveçli ulduz Erlinq Haaland isə 227,3 milyon avro ilə ikinci sırada qərarlaşıb.

200 milyon avro həddini yalnız bu iki futbolçu keçə bilib. Üçüncü sırada isə 165,7 milyon avro dəyəri ilə "Real Madrid" və Fransa millisinin üzvü Kilian Mbappe yer alır.

"Barvariya" və Fransa millisinin üzvü Maykl Olise 140,5 milyon avro ilə 4-cü, "Aston Villa"dan İngiltərə millisinin üzvü Morqan Rocers 136,8 milyon avro ilə 5-ci, PSJ və Fransa millisinin ulduzu Desir Dou 133,2 milyon avro ilə 6-cı, "Mançester Siti"nin ingilis üzvü Niko O'Reilli 125 milyon avro ilə 8-ci, "Barselona"nın ispaniyalı üzvü Pau Kubarsí 124,6 milyon avro ilə 10-cu yerdə qərarlaşıb.

Siyahıda iki türk futbolçu da ön plana çıxıb. "Yuventus”da çıxış edən Kenan Yıldız 133 milyon avro dəyəri ilə 7-ci sırada qərarlaşıb. "Real Madrid”in gənc oyunçusu Arda Güler isə 124,8 milyon avro ilə 9-cu sıraya yüksəlib. Hər iki futbolçunun 2026 Dünya Kubokunda Türkiyə milli komandasının əsas simaları olacağı gözlənilir. Turnirdən sonra onların bazar dəyərlərinin daha da artacağı proqnozlaşdırılır.Mövsümün əvvəlində təxminən 90 milyon avro dəyəri olan Arda Güler, göstərdiyi performansla dəyərini 35 milyon avro artırıb. Kenan Yıldız da oxşar yüksəliş göstərərək 75 milyon avrodan 133 milyon avroya qədər yüksəlib.