"Fənərbağça" klubunda keçirilən növbədənkənar ümumi seçkinin qeyri-rəsmi nəticələrinə əsasən klubun yeni prezidenti Aziz Yıldırım olub.
Oxu.Az xəbər verir ki, sandıqların böyük hissəsi açıldıqdan sonra Yıldırım rəqibi Hakan Safini qabaqlayaraq seçkidə qələbə qazanıb.
Məlumata görə, 28 sandığın nəticələrinə əsasən, Aziz Yıldırım 9 625 səs, Hakan Safi isə 5 607 səs toplayıb.
Bu nəticə ilə Yıldırım 8 illik fasilədən sonra yenidən "Fənərbağça" prezidenti postuna qayıdır.
Qeyd edək ki, Hakan Safi məğlubiyyəti qəbul edərək, Azizi Yıldırımı təbrik edib və klub üçün çalışacağını bildirib.

Şərhlər