Dünya çempionatları tarixinin ən yaxşı oyunları açıqlanıb.
"AzPolitika" xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumatda futbol üzrə dünya çempionatları tarixinin ən yaddaqalan və ən möhtəşəm 10 qarşılaşmasını müəyyənləşdirib.
Siyahıya 1970-ci ildə keçirilən dünya çempionatının final görüşü başçılıq edir. Həmin matçda Braziliya İtaliya millisini 4:1 hesabı ilə məğlub edərək tarixində üçüncü dünya çempionluğunu qazanıb.
Dünya çempionatları tarixinin ən yaxşı 10 oyunu bu cür müəyyənləşib:
1. Braziliya – İtaliya 4:1 (1970, final)
2. Braziliya – Uruqvay 1:2 (1950, final)
3. Argentina – Fransa 3:3, penaltilər 4:2 (2022, final)
4. Argentina – İngiltərə 2:1 (1986, 1/4 final)
5. Braziliya – Almaniya 1:7 (2014, yarımfinal)
6. İsveç – Braziliya 2:5 (1958, final)
7. Qərbi Almaniya – Niderland 2:1 (1974, final)
8. Uruqvay – Argentina 4:2 (1930, final)
9. Qərbi Almaniya – Macarıstan 3:2 (1954, final)
10. İtaliya – Braziliya 3:2 (1982, ikinci qrup mərhələsi)
"AzPolitika.info"

Şərhlər