Menu

Həmin sürücü saxlanıldı, maşın cərimə meydançasına salındı - FOTO

09.06.2026, 11:35
Həmin sürücü saxlanıldı, maşın cərimə meydançasına salındı - FOTO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Galendewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Şərhlər

Zaur 2026-06-09 11:55:58

Bu savadsiz, medeniyyetsiz adam ne ile alib bu bahali Qalenvageni? Görün kimler pula pul demir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol