ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Çempionatının başlamasına sayılı günlərin qaldığı ərəfədə bir sıra qəribə olaylarlar yaşanıb.
Belə ki, mundial öncəsi iştirakçı komandaların düşərgələrinə yerləşməsi ilə bir-birinin ardınca baş verən hadisələr təşkilatçılar üçün ciddi narahatlıq yaradıb. Dünya mətbuatının diqqət mərkəzində olan beş əsas hadisə xüsusilə geniş rezonans doğurub.

İran millisindən ABŞ-yə mesaj
Meksikanın Tixuana Beynəlxalq Hava Limanına çatan İran milli komandasının futbolçuları üzərlərində "168" yazılmış nişanlarla görüntüləniblər. Bildirilib ki, bu rəqəm İranın Hörmüzgan vilayətinin Minab şəhərində yerləşən ibtidai məktəbə endirilən zərbələr nəticəsində şəhid olan 168 uşağın xatirəsinə həsr olunub.

İngiltərə millisinin düşərgəsi yaxınlığında silahlı insident
İngiltərə millisinin istifadə edəcəyi məşq bazasının yaxınlığında baş verən silahlı insident də təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Məlumata görə, komandanın düşərgəsindən təxminən 7 kilometr məsafədə yerləşən gecə klubunda silahlı hücum nəticəsində doqquz nəfər yaralanıb. Hadisədən sonra turnuva zamanı təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması ilə bağlı suallar yaranıb.

İsveçrə millisinin düşərgəsində ilan təhlükəsi
ABŞ-nin San-Dieqo şəhərində məskunlaşan İsveçrə millisinin düşərgəsi ətrafında zəhərli çıngıraklı ilanların müşahidə edilməsi də diqqət çəkən hadisələrdən biri olub. Məlumata görə, komandanın yerləşdiyi ərazidə bəzi zonalar xüsusi olaraq təhlükəli ərazi kimi işarələnib və futbolçulara ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Qiymətlərin baha olması
Mundialla bağlı ən çox müzakirə olunan məsələlərdən biri də nəqliyyat və yerləşmə qiymətlərinin kəskin bahalaşmasıdır. Xüsusilə final oyununun keçiriləcəyi ərazidə nəqliyyat biletlərinin qiymətinin qısa müddətdə əhəmiyyətli dərəcədə artdığı bildirilir. Azarkeşlərin etirazlarından sonra qiymətlərdə müəyyən endirim edilsə də, hotellər və nəqliyyat xidmətlərinin qiymətlərinin bir neçə dəfə yüksəlməsi narazılıqları davam etdirir.
"AzPolitika.info"

Şərhlər