Menu

Moskvada Azərbaycan vətəndaşına qarşı quldurluq

05.01.2015, 15:03
Moskvada Azərbaycan vətəndaşına qarşı quldurluq

Rusiya paytaxtında Azərbaycan vətəndaşına qarşı quldurluq edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın cənubunda baş verib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə əyləşən 4 nəfər sərnişindən biri əlindəki qaz balonunu Azərbaycan vətəndaşının gözünə püskürdüb. Sürücü özünü avtomobildən yerə atıb. Dəstə üzvləri avtomobili qaçıraraq hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol