Menu

MTN-in idarə rəisi işdən çıxarılıb

26.11.2013, 13:09
MTN-in idarə rəisi işdən çıxarılıb

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Bakı şəhərindəki rayon idarə rəisi işdən çıxarılıb.

AzNews.az-ın məlumatına görə, nazirliyin Nərimanov rayon İdarəsinin rəisi Natiq Abuzərli təqaüd yaşına çatdığına görə pensiyaya göndərilib.

MTN-də başqa kadr dəyişikliklərinin aparıldığı da deyilir. Bundan əlavə xidmət müddəti başa çatan bir neçə əməkdaş isə təqaüdə çıxarılıb.

MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə AzNews.az açıqlamasında xəbəri təkzib etməyib və bildirib ki, təmsil etdiyi qurum xüsusi xidmət orqanı olduğundan, buradakı kadr dəyişikliyi ilə bağlı sualları cavablandırmağı məqsədəuyğun hesab etmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol