Menu

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır - FOTO

12.06.2026, 20:46
DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır - FOTO

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib. Onun Bakıda yaşadığı evdə ürək çatışmazlığından (infarkt) öldüyü bildirilir.

Mərhum xarici işlər nazirinin sabiq müavini Ramiz Həsənovun qardaşıdır.

Bu gün Təzə Pir məscidində Dursun Həsənovla vida mərasimi olub.

Mərhum Bakıda dəfn edilib.

Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol