Menu

Rusiya daha bir “Oreşnik” atmağa hazırlaşır - Ukrayna ordusu açıqlama yaydı

12.06.2026, 15:33
Rusiya daha bir “Oreşnik” atmağa hazırlaşır - Ukrayna ordusu açıqlama yaydı

24 saat ərzində Kapustin Yar sınaq poliqonundan Rusiyanın ballistik raketlərinin atılması riski var. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin xəbərdarlığı yayılıb.

Ruslar adətən bu sınaq poliqonundan "Oreşnik" raketlərini atırlar.

Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir ki, "24 saat ərzində düşmənin Kapustin Yar sınaq poliqonundan orta mənzilli ballistik raketdən istifadə etmə ehtimalı yüksəkdir".

Xatırladaq ki, bundan öncə Rusiya 24 may gecəsi Ukraynaya ”Oreşnik” də daxil olmaqla 90 raket və müxtəlif tipli 600 PUA atıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol