"Güclü Ermənistan" müxalifət bloku ölkədə yeni parlament seçkilərinin keçirilməsini və ya ikinci turun təyin edilməsini təklif edib.

"AzPolitika"nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında blokun lideri, rusiyalı oliqarx Samvel Karapetyan bildirib.

"Biz [Baş nazir Nikol] Paşinyanın hakimiyyətdən qanuni yolla kənarlaşdırılması üçün hər şeyi edəcəyik", — deyə Karapetyan vurğulayıb.

Onun sözlərinə görə, "Güclü Ermənistan" artıq Mərkəzi Seçki Komissiyasına "öz günahlarını düzəltmələri" üçün müraciət edib. Əgər bu tələb rədd edilərsə, blok Konstitusiya Məhkəməsinə müraciət edəcək.

"Biz iki şərt irəli sürürük: yeni seçkilərin təşkili və ya ikinci turun təyin edilməsi", — deyə Karapetyan qeyd edib.

O, həmçinin bunun ən sürətli yol olacağı təqdirdə "küçə mübarizəsini" də istisna etməyib.

"AzPolitika.info"