Menu

DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib

13.06.2026, 01:06
DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib

Futbol üzrə dünya çempionatında Kanada Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

Toronto stadionunda keçirilən B qrupunun matçı 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı avropalılardan 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri məğlubiyyətdən 78-ci dəqiqədə qaça biliblər. Kayl Larin son nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyunu saat 23:00-da Qətər və İsveçrə yığmaları arasında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol