Elm və təhsil naziri Emin Əmrullayev bu gün Gəncədə “Son zəng” tədbirinə qatılıb.

"AzPolitika" xəbər verir ki, nazir Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində "Son zəng" tədbirində iştirak edib.

Mərasimdə çıxış edən E.Əmrullayev məzunlar üçün yeni mərhələnin başladığını vurğulayıb: "Bu gün artıq məktəbi bitirirsiniz, sizin üçün "Son zəng" çalınacaq. Bu ifadədə "son" sözü olsa da, əslində, keçirilən tədbir sizin üçün yeni həyatın başlanğıcı deməkdir, yeni mərhələyə qədəm qoyursunuz. Sizə yaxşı bir həyat yolu seçməyi, təhsil alaraq Vətənə layiqli vətəndaş olmağınızı arzulayıram".

Çıxışlardan sonra E.Əmrullayev məzunlar və məktəbin müəllim kollektivi ilə rəqs edib, “Yallı” oynayıb.