Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həyatını itirib.

Rio-de-Janeyro Yanğınsöndürmə Xidmətinin sözçüsü Fabio Kontreras bildirib ki, hadisə şəhərin Recreio dos Bandeirantes bölgəsində baş verib. 

Məlumata görə, helikopterlərdən biri avtodayanacağa düşüb. Nəticədə hava gəmisində olan 5 nəfər hadisə yerində həlak olub. Digər helikopter isə toqquşma nöqtəsindən təxminən 100 metr aralıda aşmış vəziyyətdə aşkarlanıb. Həmin helikopterin pilotunun da öldüyü bildirilib.

İkinci helikopterin düşməsi nəticəsində yanğın baş verməsə də, qəzadan qopan hissələrin ətrafdakı binaların dam və terraslarına səpələndiyi qeyd olunur.

Yerli KİV-in məlumatına görə, avtodayanacağa düşən helikopterin yaratdığı yanğın nəticəsində park edilmiş təxminən 20 elektrik avtomobili tamamilə yanaraq yararsız hala düşüb.

"AzPolitika.info"