Qalatasarayın argentinalı hücumçusu Mauro İkardinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik hələ də aradan qalxmayıb. Klubun futbolçuya təxminən 5 milyon avro maaş və 1+1 illik müqavilə təklif etdiyi bildirilsə də, İkardi bu təklifə hələlik cavab verməyib.
Türkiyə mətbuatının məlumatına görə, futbolçunun meneceri Elio Pino Qalatasaray prezidenti Dursun Özbek ilə son görüşündə yeni bir tələb irəli sürüb. Menecer futbolçu üçün əsas heyətdə oynamaq zəmanəti istəyib.
Məlumata əsasən, bu tələb prezident Dursun Özbekin narazılığına səbəb olub. Özbekin menecerə cavabında “Bura Qalatasaraydır. Nə sənin, nə də mənim istədiyim olar, Qalatasarayın istədiyi olar. Mən baş məşqçiyə ‘İkardini ən azı 20 oyunda oynat’ deyə bilmərəm” ifadələrini işlətdiyi iddia edilir.
Hazırda istirahətdə olan Mauro İkardi gələcəyi ilə bağlı təklifləri dəyərləndirir. Futbolçunun qərarından sonra Qalatasarayın ikinci hücumçu transferi ilə bağlı planlarının da dəqiqləşəcəyi gözlənilir.
"AzPolitika.info"

Şərhlər