Taksilərə sərnişinlərin mindirib düşürmək üçün müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılması təklif edilir.
"AzPolitika" xəbər verir ki, bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, müxtəlif ərazilərdə, o cümlədən sosial obyektlərin qarşısında sərnişin taksidən minib düşməsi üçün şərait yoxdur, taksi cərimələnməmək üçün gedib 200-300 metr kənarda saxlamaq məcburiyyətində qalır:
“Bu həm də sərnişinlər üçün çətinlik yaradır. Qocalar var, uşaqlar var, xəstə olan insanlar var. Ona görə də taksilərə sərnişinləri düşürüb mindirmək üçün 2-3 dəqiqəlik şəraitin yaradılması məqsədəuyğun olardı”.

Şərhlər
Necə ola bilər ki, hansısa deputat millətin xeyrinə nəisə demiş olsun. Mən inanmıram ki, Məlahət İbrahimqızı belə bir təkliflə çıxış edib. Sübut kimi videonu göstərsələr də düşünəcəm ki, süni intellektlə quraşdırıblar. Deputat bu təklifi mənim gözümün qabağında təkrar edib ictimaiyyətə bəyan etsə 10 milyonluq əhali inansa da mən inmamayacağam. Deyəcəm ki, gözüm də qulağım da məni aldadır. Deputat hara xeyir hara. Nətəri yanı? Mən öz ölkəmin parlament və parlamentarilərini tanımıram?