Menu

RUSİYA VURDU, ABŞ XƏBƏRDARLIQ ETMƏDİ - Nə baş verir? + FOTOLAR

19.10.2026, 10:32
RUSİYA VURDU, ABŞ XƏBƏRDARLIQ ETMƏDİ - Nə baş verir? + FOTOLAR

Ötən gecə Rusiya Ukrayna paytaxtına növbəti hava hücumu həyata keçirib. “AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Rusiyanın Kiyevə ötən gecə endirdiyi ballistik raket zərbəsi ABŞ-nin heç bir xəbərdarlığı olmadan baş verib.

Rusiya ilk hücum seriyasını gecə yarısından əvvəl, ikincisini isə saat 3:00 radələrində həyata keçirib. Kiyevdə tibb və təhsil müəssisəsi, iki metro stansiyası və 25 mərtəbəli binaya ziyan dəyib.

Hücum nəticəsində 21 yaşlı bir qadın həlak olub, daha səkkiz nəfər yaralanıb.

Kiyev metrosunun dəmir yolu infrastrukturuna ziyan dəyib. Bundan əlavə, Solomyanski rayonunda PUA qalıqlar 25 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə, digər ünvanda isə qeyri-yaşayış binasına ziyan vurub.

ABŞ Dövlət Katibi Marko Rubio Kiyevə ABŞ tərəfindən ballistiK raket xəbərdarlığı edilmədiyi barədə məlumatları şərh edərkən, bunu təsdiqləyib. Lakin hadisəni "proqram təminatındakı nasazlıq"la əlaqələndirib.

"Bir neçə gecə əvvəl Ukraynanın erkən xəbərdarlıq sistemində proqram təminatı xətası baş verdi. EUCOM hazırda araşdırma aparır", - deyə o bildirib.

Eyni zamanda o, Vaşinqtonun Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmadığını iddia edib. Bununla da Volodimir Zelenskinin ittihamlarına cavab verub.

"Onun bu məlumatı haradan aldığını və ya niyə mətbuata bu barədə danışdığını bilmirəm. Fasilə olmadı. Zelenski bu müharibəyə son qoymağa diqqət yetirməlidir", - deyə o bildirib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin dediyinə görə, Ukrayna üç gündür ABŞ-dən Rusiyanın ölkəyə planlaşdırdığı ballistik raket hücumları ilə bağlı kəşfiyyat məlumatı almır.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol