Menu

"ABŞ və İran İsveçrədə texniki məsləhətləşmələr keçirəcək" - Pakistan XİN

20.06.2026, 18:46
"ABŞ və İran İsveçrədə texniki məsləhətləşmələr keçirəcək" - Pakistan XİN

İslamabad Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasının davamı olaraq, 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenstok şəhərində texniki səviyyədə danışıqlar keçiriləcək.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

"ABŞ və İran nümayəndələri, Pakistan və Qətərdən olan vasitəçilərlə birlikdə müzakirələrdə iştirak edəcəklər", - bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilib ki, Pakistan vasitəçi rolunda prosesi asanlaşdırmağa davam edəcək: "Məqsəd (sülh prosesini) inkişaf etdirmək, İslamabadda əldə olunan razılaşmalar əsasında Qarşılıqlı Anlaşma Memorandumunu icrasına başlamaqdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol