ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibədəki fəaliyyətini tərifləyib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Zelenskini nəzərdə tutaraq, “onda hər şey yaxşıdır” deyib.
"Onda hər şey yaxşı gedir. Müqavimət göstərir. Hansı tərəfdən baxsanız, o bunu yaxşı edir. Onu cəsarətli adlandırmaq lazımdır: onun yaxşı təchizatı, yaxşı adamları, döyüşçüləri var. Hər iki tərəfdən çoxlu insan ölür, amma düşünürəm ki, o, işinin öhdəsindən yaxşı gəlir", - deyə o bildirib.
Qeyd edək ki, Tramp həmin Oval Kabinetdə vitse-prezident C.D.Venslə bərabər ötən ilin fevralında Zelenskiyə qarşı sözün əsl mənasında hücuma keçmişdi və onun Rusiya ilə müharibədə “heç bir kozırının olmadığını” demişdi…
Bir neçə gün əvvəl Tramp Fransada keçirilən G7 sammitində Zelenski ilə görüşüb. “Financial Times”-ın yazdığına görə, Amerika Prezidenti Ukraynanın Rusiyaya qarşı zərbələrindən "son dərəcə ruhlanıb" və bu məsələni Ukrayna lideri ilə ətraflı müzakirə edib. Üstəlik, mənbələr "Kiev Independent"ə bildiriblər ki, Tramp Zelenskiyə Rusiyaya qarşı "cəsarətli davranmağı” məsləhət görüb.
“Bloomberg” isə öz mənbələrinə istinadla yazıb ki, ABŞ Prezidenti və onun ətrafı artıq Moskvanın döyüş meydanında qələbə qazana bilməyəcəyinə əmindir.
“AzPolitika.info”

Şərhlər