Menu

Dünya Çempionatının oyunundan sonra faciə: Maşın azarkeşlərin üstündən keçdi + VİDEO

25.06.2026, 15:39
Dünya Çempionatının oyunundan sonra faciə: Maşın azarkeşlərin üstündən keçdi + VİDEO

Meksika millisinin daxili qrup mərhələsinin 3-cü turunda Çexiya üzərində qazandığı qələbədən (3:0) sonra avtomobil qələbəni qeyd edən azarkeş kütləsini vurub. Kabo-San-Lukas şəhərində azarkeş kütləsi qələbəni qeyd edərək yolu bağlayıb. 

"AzPolitika" xəbər verir ki, avtomobillərdən birinin sürücüsü gözləməmək qərarına gəlib və birbaşa insanların arasından keçməyə çalışıb. Qəzəblənən fanatlar maşını mühasirəyə alaraq ona zərbələr endirməyə başlayıblar. Nəticədə avtomobil bir neçə nəfəri vurub.

2026-cı il Dünya Çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Son dünya çempionu, 2022-ci ildə Qatarda keçirilən finalda Fransa millisini oyunsonrası penalti seriyasında məğlub edən Argentina millisidir.


"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol