Menu

BEŞ POLKOVNİKƏ "GENERAL- MAYOR" RÜTBƏSİ VERİLDİ - Kimlərdir? + FOTOLAR (Yenilənib)

25.06.2026, 22:18
BEŞ POLKOVNİKƏ "GENERAL- MAYOR" RÜTBƏSİ VERİLDİ - Kimlərdir?  + FOTOLAR (Yenilənib)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

"AzPolitika" xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Rəsul Rasim oğlu Əliyevə

polkovnik Elçin Rəhim oğlu Abdullayevə

polkovnik Azər Əfrayıl oğlu Heybətliyə

polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə

polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.

General-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını “Qafqazinfo"ya istinadən təqdim edirik:

Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir.

Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin rəisidir.

Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya idarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.

Şərhlər

Cəmşid Dərələyəzli 2026-06-26 09:02:52

Çox mübarək deyək. Amma bir nüans diqqet çekicidir. Fotolarından görünen o ki, bu şəxslərin elə də bir yaşları yoxdur. Onların hızla general alması üçün Ölkə Başçısına təqdimat verən, əcaba hansı kriteriyaları üstün tutub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol