Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib.

"AzPolitika" xəbər verir ki, bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

"AzPolitika"-nın məlumatına görə, dünyada qadınların ən erkən pensiyaya çıxdığı ölkələr sırasında isə Çin və İran yer alır. Çində qadınların pensiya yaşı 50,5, İranda isə 55-dir. Özbəkistan və Monqolustanda da qadınlar 55 yaşında pensiyaya çıxırlar. Türkmənistanda bu göstərici 57, Türkiyə, Belarus və Tacikistanda isə 58 yaşdır.

Qadınların digər ölkələrdə pensiyaya çıxma yaşı orta hesabla belədir:

67 yaş – ABŞ, Niderland, İtaliya, İslandiya, Yunanıstan, Danimarka, Avstraliya;

66,83 yaş – İspaniya;

66,75 yaş – Portuqaliya;

66,5 yaş – Kipr;

66,33 yaş – Almaniya;

66 yaş – Böyük Britaniya, İsveç, İrlandiya;

65 yaş – Azərbaycan, Səudiyyə Ərəbistanı, Yeni Zelandiya, Meksika, Malta, Lüksemburq, Lixtenşteyn, Latviya, Yaponiya, Macarıstan, Honq-Konq, Finlandiya, Kanada, Belçika;

64,75 yaş – Estoniya;

64,67 yaş – Litva, Çexiya;

64 yaş – İsveçrə, Sinqapur;

63,75 yaş – Xorvatiya;

63,5 yaş – İsrail;

63 yaş – Fransa, Ermənistan;

62,5 yaş – Bolqarıstan;

62 yaş – Rumıniya, Norveç, Braziliya, Albaniya;

61,5 yaş – Moldova;

61 yaş – Qazaxıstan;

60,5 yaş – Avstriya;

60 yaş – Ukrayna, Cənubi Koreya, Cənubi Afrika, Sloveniya, Polşa, Mikroneziya, Malayziya, Hindistan, Gürcüstan, Çili, Əlcəzair, Rusiya;

59 yaş – İndoneziya, Banqladeş;

58 yaş – Türkiyə, Tacikistan, Belarus;

57 yaş – Vyetnam, Türkmənistan;

55 yaş – Özbəkistan, Monqolustan, İran;

50,5 yaş – Çin.

“AzPolitika.info”