Azərbaycanda doğum statistikası getdikcə həyəcanverici mənzərə yaradır. Doğum sayı durmadan azalır, proses əhalinin qocalmasına doğru gedir.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bununla mağlı maraqlı paylaşım edib.
Həmin paylaşımı təqdim edirik: “Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən:
2025-ci ilin (Yanvar-May) aylarında 38 836 uşaq, 2026-cı il (Yanvar-May) aylarında 28 631 körpə dünyaya gəlib.
Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib".
Onun sözlərinə görə, məmləkət "demoqrafik fəlakətə" doğru gedir:
"Cəmi 15-20 ildən sonra təqaüdçülərin sayı rəsmi işləyənlərin sayından çox olacaq. Ölkəmiz 2006-cı il Yunanıstanının vəziyyətinə düşəcək, amma Yunanıstan AB ölkəsidir, Avropa onlara 180 mlrd. avro verdi, böhrandan dartıb-çıxardı. Biz nə edəcəyik?!"
İqtisadçı bildirib ki, gənclər xaricə köçür, ailə qurmur, çox uşaq doğmurlar: "İnsanlara ümid, işıq, müsbət mesajlar vermək, pozitiv qərarlar almaq lazımdır...”
“AzPolitika.info”

Şərhlər
Biabırçılıqdır 3 ildən çoxdur bağça təhvi verilməlidir.,dövlət bu qədər xərc çəkib indiyə qədər işləmir Hansişa məmurlarin günahı,səhlənkarlığı sayəsində uşaqlar 3 ildir bağçaya gedən bilmirlər
Uşaq pulu
30 yaşim var 2oglum var biri 9 yaşinda biri ise 2 yaş 7 ayligdi.Bine atciliq qesebesinde yasiyiram özel baxcalar var sayısız hesabsiz qiymetleri od tutub yanir qesebede 1dovlet baxcasi var ama istifadeye verilmir maddi imkanım catmirki az yaşli oğlumu baxcaya öz yaşidlariyla sosiallasmaga göndere bilim clyeni deneyim ondadiki camaat 2usaga baxa bilmir her şey od qiymetine 3cu uşağı neynesinler dovlet usag pulu vermir sosial yardım ala bilmek ucun ise deyir gerey hem isliyesen hem masinin olmasin torpagin olmasınbu ne demekdi masin varsa demeli pulun var? Masin adama ne verir belke öz özüne pul kesir qoyur xeberimiz yoxdu quru torpag adama bar verir yemek verir bilmirik.ele insanlar taniyiramiki qapisinda 2masini villada yaşıyor sosial yardım alır men 7ildi bir evin remontunu ede bilmemisem seritiz vezyetdeyik ne deyim vallah