Rusiyanın ən böyük neft email zavodu olan Omsk zavodunun Ukrayna PUA-ları ilə vurulmasından sonra şəhərdə böyük benzin növbələri yaranıb.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb. Növbələrin kilometrlərlə uzandığı bildirilir.

"Omsk sakinləri çatışmazlıq qorxusundan kütləvi şəkildə benzin yığırlar, lakin hakimiyyət orqanları insanları panikaya düşməməyə çağırır və bölgədə kifayət qədər yanacaq olduğuna əmin edir", - deyə yerli kanalların birində qeyd olunur.

Eyni zamanda, “Topline” şəbəkəsi Omskda fiziki şəxslərə benzin satışını dayandırıb. Bütün 53 məntəqə yalnız korporativ yanacaq kartları ilə yanacaq verir. Məlumatlara görə, Omsk NEZ yanacaq verilməsini dayandırıb və bunun bərpa tarixi məlum deyil.

Benzin çatışmazlığı ilə yanaşı, Omsk sakinləri Ukraynanın növbəti hücumları halında gizlənəcək yerlərinin olmamasından şikayətlənməyə başlayıblar. Sakinlər sığınacaq kimi xidmət etməsi nəzərdə tutulan çoxmərtəbəli binaların zirzəmilərinin qapılarının qaynaqla bağlandığını deyirlər.

“AzPolitika.info”