ABŞ Prezidenti Donald Trampın təyyarəsi Ankarada eniş edib. Trampı hava limanında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, ABŞ lideri NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə səfər edib. Onun burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər müttəfiq ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Trampı daşıyan "Air Force One" təyyarəsinin enişindən əvvəl ABŞ prezidentinin istifadə etdiyi, "canavar" (The Beast) ləqəbli zirehli xidməti avtomobilin də daxil olduğu prezident korteji Ankaradakı oteldən hava limanına yollanıb.
Trampın hava limanında "canavar" ləqəbli zirehli avtomobilə minərək gücləndirilmiş təhlükəsizlik tədbirləri altında qalacağı otelə aparılması planlaşdırılır.
Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edən Donald Tramp 17 ildən sonra Türkiyəyə rəsmi səfər edən ilk ABŞ prezidenti kimi tarixə düşüb.





Şərhlər