Menu

Tokayev yenidən seçilə bilər - Konstitusiya Məhkəməsi izahat verdi

07.07.2026, 16:01
Tokayev yenidən seçilə bilər - Konstitusiya Məhkəməsi izahat verdi

Qazaxıstan Konstitusiya Məhkəməsi 1 iyul 2026-cı ildən sonrakı istənilən prezident təyinatının, şəxs əvvəllər bu vəzifəni tutmuş olsa belə, ilk dəfə hesab ediləcəyini açıqlayıb. Buna görə də, Konstitusiya Məhkəməsinin konstitusiya normalarının təfsiri ilə bağlı qərarına əsasən, hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev növbəti seçkilərdə iştirak etmək hüququna malik olacaq. 

“AzPolitika” xəbər verir ki, bu barədə Qazaxıstan mediasında məlumat yayımlanıb.

Məhkəmənin qərarında deyilir: "1995-ci il Konstitusiyasına uyğun olaraq, bu konstitusiya normalarında göstərilən vəzifələri tutan şəxslər 2026-cı il Konstitusiyasının qüvvəyə minməsindən sonra müvafiq vəzifələrə seçilə və ya təyin edilə bilərlər".

Qazaxıstanda yeni Konstitusiya 1 iyulda qüvvəyə minib. Əsas dəyişikliklərə iki palatalı parlament əvəzinə birpalatalı parlamentin tətbiqi və vitse-prezident vəzifəsinin bərpası daxildir. Konstitusiyanın yeni versiyasına görə, prezident yeddi illik müddətə seçilir və eyni şəxs bu vəzifəyə bir dəfədən çox seçilə bilməz.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol