Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub.
"APolitika" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq sərəncam imzalayıb.
Sənədlə birinci müavini vəzifəsinə Elman İmamverdiyev təyin edilib.
Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. O, bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Şərhlər
Şəkinin İcra başçısı elxan Usubov özünə xas olan kadrları işlə təmin edir! Şəki olduqca ağır vəziyyətini yaşayır. Şəki əhalisinin istirahət yerini zəbt edib özünküləşdirən, Şəkidə onlarla obyektin sahibi cahangir Nəbiyevə Tərəqqi medalının verilməsinə təqdimat verib ! Əşraf Məmmədov İcra başçısı olduğu dövrdə cahangir Nəbiyevi qanunsuz əməllərinə görə Prakuraturaya vermişdir... cahangir Nəbiyev həmin günü respublikadan qaçmışdır, qohum-qardaşlarının yanına, rasiyyaya. Ə.Məmmədov işdən çıxdıqdan sonra 3-ildən sonra cahangir Şəkiyə qayıtmışdır.....