"Biz Rusiyanın strateji arxa cəbhəyə malik olması fikrini tamamilə məhv etdik".

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən NATO sammitindəki çıxışında deyib.

O, xüsusilə vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji üstünlüklərindən birini sıradan çıxarıb: "Uzun müddət Rusiya ərazisini(ərazisinin böyük olmasını-red.) öz üstünlüyü hesab edirdi. Başqa heç kimin hərbi istehsalı, hərbi texnikanı - müharibənin asılı olduğu hər şeyi - təhlükəsiz şəkildə yerləşdirə biləcəyi dərin arxa cəbhə ərazisi yox idi. Rusiya heç kimin ora çata bilməyəcəyinə əmin idi. Amma biz ora çatdıq. Elə dünən Ukrayna dronları Rusiyanın müdafiəsini yarıb Sibirdəki Rusiya neft emalı zavoduna zərbə endirdi. Və bu, istisna deyil; bu, yeni bir reallıqdır".

Zelenski Ukraynanın dünyada ən qabaqcıl dron imkanlarına malik olduğunu bildirib və Dron Sazişi təşəbbüsünə qoşulmağa çağırıb. O, həmçinin qeyd edib ki, Ukrayna NATO-nun kollektiv müdafiəsinin bir hissəsi olmalıdır: "Həqiqətən də belə bir müdafiə potensialına malik bir ölkəni və xalqı NATO-dan kənarda qoymağın doğru olduğunu düşünürsünüzmü? Əgər bizdə artıq belə imkanlar varsa, ukraynalılar artıq bu cür döyüşməyi bilirlərsə, onda bu potensialın alyansın kollektiv müdafiəsinin bir hissəsinə çevrilməsi tamamilə məntiqlidir".

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın "Şahed" dronlarını məhv etmək effektivliyi 90%-ə çatır. Ukrayna Prezidenti həmçinin Ukraynada "Patriot" istehsalına dəstək verməyə və Avropa ballistik raketdən müdafiə sisteminin yaradılmasını sürətləndirməyə çağırıb.

“AzPolitika.info”