Menu

CƏBHƏDƏ GECƏ DÖYÜŞLƏRİ -Ermənistanın daha iki hərbçisi məhv edilib

06.01.2015, 14:02
CƏBHƏDƏ GECƏ DÖYÜŞLƏRİ -Ermənistanın daha iki hərbçisi məhv edilib

Ermənistan tərəfi bu gecə qoşunların təmas xəttində baş vermiş döyüşlər barədə yeni xəbər yayıb. Virtualaz.org saytı xəbər verir ki, az əvvəl yanvarın 6-na keçən gecə cəbhədə baş vermiş “diversiyanın qarşısının alınması zamanı” Azərbaycan Silahlı Qüvvələrinin üç nəfər itki verdiyi haqda dezinformasiya yayan (Azərbaycan Müdafiə Nazirliyi bu dezinformasiyanı artıq təkzib edib-red.) erməni tərəfi bu dəfə öz itkilərini açıqlayıb.

Tert.am saytının məlumatında deyilir ki, yanvarın 6-na keçən gecə qoşunların təmas xəttində baş vermiş atışmalarda erməni tərəfi də itki verib. Təmas xəttində Ermənistan ordusunun müqavilə əsasında xidmət keçən iki hərbçisi öldürülüb. Ermənistan Müdafiə Nazirliyi bu xəbərə hələlik şərh vermir.

Qeyd edək ki, Ermənistan ordusunun daha iki hərbçisi yanvarın 3-nə keçən gecə öldürülmüşdü. Bir hərbçi isə ağır yaralanmışdı. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, bu insident erməni ordusu daxilində hökm sürən vəziyyətin nəticəsidir və ordumuz təmas xəttində həmin gün heç bir diversiya əməliyyatı həyata keçirməyib.

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol