Bu gün Bakı Dövlət Universitetində tanınmış alim, hüquq elmləri doktoru, professor İlham Rəhimovun yeni çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanın məşhur ziyalıları, elm xadimləri ilə yanaşı, bir sıra xarici ölkələrdən də tanınmış qonaqlar və jurnalistlər iştirak ediblər. Bu barədə musavat.com-a İlham Rəhimovun mətbuat xidmətindən məlumat verilib.




Şərhlər