Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) yeni təyinat olub.
"AzPolitika" xəbər verir ki, Ramazan Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Ramazan Əli oğlu Nəbiyev 2 may 1987-ci ildə Ağdaş rayonunda anadan olub. Ali təhsilin bakalavr səviyyəsini “Qida mühəndisliyi” ixtisası üzrə Türkiyə Respublikasının Ankara Universitetində, magistr təhsilini isə Biznesin təşkili və idarə edilməsi (MBA) üzrə ADA Universitetində alıb.
2013-2018-ci illərdə özəl sektorda qida mühəndisi və texnoloq vəzifələrində çalışıb.
2018-2024-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
2024-2026-cı illərdə AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb.
15 iyul 2026-cı ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
İngilis dilini bilir. Ailəlidir, 1 övladı var.
Xatırladaq ki, ölkə başçısının 6 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini təyin edilib. Daha əvvəl, 2023-2026-cı illərdə Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Şərhlər
Biznesmendə heç vaxt millət, dövlət sevgisi olmaz. Biznesmenlər düşdüyü yeri sümürüb sovuracaqdır.