Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
"AzPolitika" xəbər verir ki, Salyan rayonu Şorsulu kənd sakini 1963-cü il təvəllüdlü Qasımov Nazim Həsənağa oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1988-ci il təvəllüdlü Dadaşov Razi Namus oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Nazim Qasımov, sərnişinlər Salyan rayonu, Şorsulu kənd sakinləri 1982-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu, 2006-cı il təvəllüdlü Əhmədov Elnur Faiq oğlu, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu hadisə yerində ölüb.
2003-cü il təvəllüdlü Hümmətov Əlifağa Elsevər oğlu və "Toyota Prado" markalı avtomobildə olan sərnişin Salyan rayonu, Alçalı kənd sakini 2015-ci il təvəllüdlü Dadaşzadə Namus Razi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan RMX-na daxil olublar.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər