"Neftçi" "Makkabi"dən Freddi Varqas transferini rəsmiləşdirib.

"AzPolitika" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu 2+1 il ərzində "Neftçi"nin formasını geyinəcək.

Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.

Xatırladaq ki, Freddi Varqasın Azərbaycan Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax"a qarşı keçirilən oyunda (0:3) vurduğu qol sosial şəbəkələrdə rekord marağa səbəb olub. Futbolçunun vurduğu baxımlı qolun videosu 30 milyondan çox baxış toplayıb.

Neftçi bütün dünyada gündəm olan futbolçunu transfer etdi - RƏSMİ - FOTO