Məhkəmə sabiq deputat Gülər Əhmədovanın xahişi əsasında təxirə salınıb
Məhkəmə sabiq deputat Gülər Əhmədovanın xahişi əsasında təxirə salınıb. “Qafqazinfo” xəbər verir ki, hakim Gülər Əhmədovaya son söz demək üçün müraciət etsə də, o, məhkəmədən vaxt istəyib:
“Səhhətim yaxşı deyil. Burada normal həkim də yoxdur, özümü yaxşı hiss etmirəm. Son sözə hazırlaşmaq üçün mənə 5-10 gün vaxt verin”.
Daha sonra Gülər Əhmədova məhkəməyə üzünü tutaraq həkimlə təmin olunması xahişini edib:
“Bununla bağlı Baş Prokurorluqdan xahiş etdim, kömək edən olmadı, əgər bu sizin səlahiyyətinizdədirsə, mənə intensiv kurs təyin edin”.
Eks-deputat məhkəmədən həmçinin müttəhim kürsüsündə deyil, vəkilinin yanında oturmağa icazə istəyib.
Növbəti proses dekabrın 2-də keçiriləcək.


Şərhlər